Bakıda yerləşən Rus Dram Teatrında yeni il münasibətilə tamaşa keçiriləcək. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.
“Секундная стрелка, или Следствие ведёт Дед Мороз” adlı tamaşa uşaqlar üçün nəzərdə tutulub.
Nağıl Olqa Lifintsova tərəfindən yazılıb, səhnələşdirmə Emin Mirabdullayevə aiddir. Həmçinin tamaşanın yaranmasında xoreoqraf Mariya Dubrovitskaya, musiqiçi Vaqif Gəray iştirak ediblər.
Tədbir 30 dekabr saat 12:00 və 15:00-da baş tutacaq. Biletləri Dram Teatrının və ya şəhərin mərkəzləşdirilmiş kassalarından almaq mümkündür.