Paytaxtın Səbail rayonunda növbəti dəfə iməcilik keçirilib. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Səbail Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
Təmizlik işləri Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
İməcilik zamanı rayon ərazisində yerləşən prospekt və küçələrdə, park və xiyabanlarda ümumi təmizlik işləri aparılıb, həmçinin yeraltı piyada keçidləri, səkilər, bordürlərin, işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, binaların fasadları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, ağaclar budanaraq onlara xüsusi qulluq göstərilib.
[caption id="attachment_124344" align="alignnone" width="640"]
Foto Səbail RİH[/caption]