Səbail rayonunda iməcilik keçirilir. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan genişmiqyaslı iməcilik çərçivəsində prospekt və küçələrdə, park və xiyabanlarda təmizlik işləri aparılıb, yeraltı piyada keçidləri, səkilər, işıq dirəkləri, eləcə də binaların fasadları, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub. Bundan əlavə, yaşayış binalarının həyətləri, blokları, zibil konteynerləri dezinfeksiya olunub.
Abadlıq-təmizlik işləri bundan sonra da davam edəcək.
[caption id="attachment_105796" align="alignnone" width="640"]
Foto Səbail rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]