13 oktyabr tarixində Bakı şəhəri Səbail rayonundakı yolların təmir-bərpa işləri ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verib.
Sərəncama əsasən, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması üçün dövlət büdcəsindən 2,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.