Sabah, 12 aprel saat 10:30-da Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 329 nömrəli tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçiriləcək. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az məlumat verir.
Görüşdə iştirak etmək istəyən sakinlər 012 493-82-47 nömrə ilə əlaqə saxlayıb və ya elektron qaydada müraciət edib qəbula yazıla bilərlər.