Səbail rayonunun icra başçısı Vüqar Zeynalov 20-ci sahə yaşayış massivində sakinlərlə görüş keçirib. Bu haqda bu gün, 13 dekabr tarixində Səbail Rayon İcra Hakimiyyəti məlumat verir.
Görüşdə İH-nin məsul əməkdaşları, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Qəbul zamanı icra başçısı sakinlərin müraciət və təkliflərini dinləyib. Burada mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında geniş fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.