Səbail rayonunda yolların təmiri üçün vəsait ayrılıb. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində avtomobil yollarının təmiri üçün dövlət büdcəsindən 350.000 AZN Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.