Bakıda keçiriləcək “Gənc Fest”in proqramı açıqlanıb. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək festivalın proqramına interaktiv fəaliyyətlər, canlı musiqi, DJ və əyləncəli proqramlar daxil edilib. Burada Səmra, Hiss, Çingiz Mustafayev kimi məşhurlar çıxış edəcəklər.
Festival üçün öncədən qeydiyyatdan keçmiş iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.
Tədbir 23-26 noyabr tarixlərində baş tutacaq.