Bakıda “Süni intellekt məni əvəz edəcəkmi?” adlı konfrans keçiriləcək. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
“Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində keçiriləcək konfransda əmək bazarında süni intellekt və insan amilinin rolunun müzakirəsi gedəcək, daha sonra tələbələri maraqlandıran suallar peşəkarlar tərəfindən cavablandırılacaq.
Konfransın spikerləri ADA Universitetinin dosenti, süni intellekt üzrə ekspert Samir Rüstəmov, AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmi işçisi Emil Aydınsoy, biznes təlimçisi və kouç Lalə Əbdürrəhmanova olacaqlar.
Tədbir 23 fevral saat 15:00-da Azərbaycan Texniki Universitetinin binasında baş tutacaq. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Son tarix 23 fevral saat 12:00-dır.