Metronun “28 May” stansiyasının qarşısında sürücülər cərimələnirlər. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hazırda ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisinin (DYP) əməkdaşları xidmət göstərirlər. Şəxsi avtomobili ilə sözügedən əraziyə daxil olanlar 80 AZN məbləğində cərimə edilirlər.
Bundan əlavə, maşını parklanma ərazisində uzun müddətdir qalan avtomobillərin çıxarılması üçün vətəndaşlara şərait yaradılır.