TikTok sosial şəbəkəsində polisləri təhqir edən şəxs barəsində DİN açıqlama verib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az xəbər verir.
Belə ki, təhqiramiz sözlərdən bir gün sonra həmin şəxsin saçı qırxılmış vəziyyətdə şəkilləri paylaşılmışdır. Sosial şəbəkələrdə bunu polislərin etdikləri iddia olunurdu.
DİN məsələ ilə bağlı bildirib ki, görüntülər polisin inzibati binasında çəkilməyib: "Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Məsələ araşdırılır", - deyə qurum əlavə edib.