Yanvarın 17-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.