Bakının Nəsimi və Xətai rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu haqda bu gün, 13 iyul tarixlərində Bakuplus.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində, Cavanşir körpüsünün söküntü sahəsində qaz xəttində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar iyulun 14-də saat 13:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan zaman Nəsimi rayonunun Üzeyir Hacıbəyov küçəsinin və Xətai rayonunun Həsən Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.