Paytaxtın Sabunçu qəsəbəsi, Asif Əsədullayev, 30 ünvanında evi sökülən sakin şirkətin şərtləri ilə razı olmur. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Adıçəkilən ərazidə 30 ailə yaşayıb. Onlardan 29-na kompensasiya verilərək köçürülüb. Ancaq 1 evin sahibi ona təklif olunan şərtlərlə razı deyil. Hazırda ərazidə tək evi qalan sahib bildirir ki, o, ancaq ev istəyir, lakin ona qanunauyğun sahədə ev vermirlər.
“Çıxarışla 191,9 kv.m-dir. Yalnız çıxarışda olan sahəyə uyğun, yəni əlavə 25% hesablanmaqla mənzil istəyirik. 180 kv.m-lik mənzil təklif etdilər, amma biz bununla razılaşmadıq”, - deyə ev sahibi Rasim Orucov vurğulayıb.
Həmçinin R.Orucov qeyd edib ki, ona ev üçün 194.000 AZN pul təklif ediblər, lakin o bununla da razılaşmayıb.
Hazırda məsələ məhkəmədədir və araşdırma aparılır. Lakin ev sahibinə təklif olunan pul vəsaiti bu gün də keçərlidir.