Paytaxtın Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən bina təhlükə saçır. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Adıçəkilən ünvanda yerləşən binanın 120 ildən artıq yaşı olduğu bildirilir və sakinlər artıq burada yaşamaqdan qorxurlar. Tikilinin tavanı və divarları uçur, taxta konstruksiyalar çürüyüb, 1-ci mərtəbələr isə su içindədir.
“Qorxu içində yaşayıram. 30 ildir həyacan, qorxu, gecəm-gündüzüm yoxdur. Bu dəqiqə ev uçub töküləcək başımıza. Ev qəza vəziyyətindədir, qorxu içindəyik”, - deyə sakinlər şikayət edirlər.
Bəzi sakinlər artıq evlərini məcburi tərk ediblər. Belə bir imkanı olmayanlar isə hər gün təhlükə altında yaşamağa məhkumdurlar.
Sabunçu rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildiriblər ki, qəzalı bina ilə bağlı artıq müvafiq qurumlara müraciət olunub.
[caption id="attachment_92308" align="alignnone" width="640"]
Foto ATV-nin rəsmi Youtube kanalı[/caption]