Bakının 2 rayonunda qaz kəsilib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Qaz kəmərlərinin kipliyə sınaq olunması ilə əlaqədar paytaxtın Sabunçu və Xəzər rayonlarının qaz təchizatı dayandırılıb.
Məhdudiyyət Sabunçu rayonunda Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonunda isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsini əhatə edir.