Sabunçu rayonu ərazisində soyğunçuluq hadisəsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsində yaşayan 65 yaşlı kişi evinin girişində naməlum şəxsin 2800 manatını talamasını bildirib.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı T.Qarazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.