Bakının mərkəzində yaradılmış yarımçıq velosiped zolağı barədə açıqlama verilib. Bu haqda bu gün 29 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, “Sahil bağı” ətrafında yaradılan velosiped zolaqları tam inşa edilməyib.
“Bu ərazidə “Formula-1” Azərbaycan Qran-prisi zamanı quraşdırılan bəzi qurğuların və texniki vasitələrin hissələrinin çıxarılması tam həyata keçirilməyib. Bu səbəbdən tikinti işləri yekunlaşmayana qədər velosiped və skuter istifadəçilərinə bu yollardan istifadə etməmələrini tövsiyə edirik”, - deyə o, əlavə edib.
Daha öncə sosial şəbəkələrdə adıçəkilən ərazidə velosiped zolaqlarının tam ortasında dəmir profillərin qaldığı barədə videogörüntülər yayılmışdır