“Tullantıları tingə dəyiş” aksiyası davam edir. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Paytaxt ərazisində ənənəvi ekoloji aksiya keçiriləcək. Aksiyanın şərtləri aşağıdakı kimidir:
- Şüşə butulka, banka və ya işlənmiş batareya qəbul olunur;
- Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq;
- 10 işlənmiş batareyaya görə 1 ting veriləcək;
- Ümumi tutumu 5 litr olan şüşə banka və butulkalara görə 1 ting veriləcək;
- Ümumi tutumu 35 litr olan müxtəlif plastik butulkalara görə 1 ting veriləcək.
Tədbir 6 noyabr saat 11:00-da Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 15 ünvanında yerləşən “Araz” supermarketində təşkil olunacaq.