“Salaam Cinema” icmasının “Salaam Yazı Sənəti” nəşriyyatının ilk kitabının təqdimatı olacaq. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az “Salaam Cinema”nın Facebook səhifəsinə istinadən xəbər verir.
“Yazı laboratoriyası” proqramı çərçivəsində yaranan kitab Qafar Rüstəmovun “Mücahidlər” romanıdır.
Əlavə olaraq, laboratoriyanın ilk nəşri olan “Təcrid Olunmuşlar Partiyası” kitabını da əldə etmək mümkün olacaq.
Tədbir fevralın 18-də saat 18:00-da baş tutacaq. Ünvan: Salaam Cinema (Süleyman Rüstəm, 10). Giriş sərbəstdir.