Nərimanov rayonunda yerləşən anbarın fəaliyyəti dayandırılıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Rayonun İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən və “Selhome Group” MMC-yə məxsus anbarda yanğın təhlükəsizliyi ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib. Belə ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bununla bağlı anbarın fəaliyyəti dayandırılıb. Obyekt sahibi məsuliyyətə cəlb olunub.