Türkiyənin məşhur ifaçısı Serdar Ortaç Bakıda konsert verəcək. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Aşk İçin” albomu ilə sənət aləminə daxil olan, “Karabiberim” mahnısı ilə debüt edən və uzun müddət gündəmdə qalan Serdar Ortaç Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək.
Musiqi axşamı aprelin 5-də saat 20:00-da baş tutacaq. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymətlər 55-395 manat aralığında dəyişir.