top
Şikayətlər artır: NZS sakinləri avtobusdan narazılıq edir – AYNA-dan CAVAB
16 dekabr 2024, 05:54
- ↺ +

Şikayətlər artır: NZS sakinləri avtobusdan narazılıq edir – AYNA-dan CAVAB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xətai rayonu NZS qəsəbəsinin sakinləri 32 nömrəli marşrut avtobusunun fəaliyyətindən narazıdır.

Bu barədə sakinlər Bakuplus.az redaksiyasına şikayət ünvanlayıb.

Bildirilib ki, avtobusların hərəkət qrafikində həddindən artıq gecikmə var:

“Neçə ildir ki, bu marşrut xəttindən istifadə edirik. Yetəri qədər adam da istifadə edir. Ancaq səhərlər işə, məktəbə getməkdə çətinlik çəkirik. Bu ərazidən 8 Noyabr prospekti istiqamətində işləyən bir avtobus var. O da bu vəziyyətdədir”.

Sakinlərin sözlərinə görə, əvvəllər 32 nömrəli marşrut üzrə böyük üç qapılı avtobuslar fəaliyyətdə olub. Ancaq COP29 ərəfəsində onları kiçik qabaritli avtobuslarla dəyişdiriblər.

“Əvvəllər gecikmə olsa da, heç olmasa avtobusa minə bilirdik. COP29-dan sonra onu da kiçik həcmli avtobuslarla əvəz etdilər. İndi həm gecikir, həm də dolu gəlir. Elə olur ki, sürücü dayanacaqda saxlamır. Deyir ki, yer yoxdur”, - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)  sorğu göndərdik.

Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, daha əvvəl həmin istiqamətdə işləyən 30 nömrəli avtobus barəsində də belə şikayətlər olunub və araşdırma nəticəsində gecikmələrin yaşanmadığı məlum olub:

“Bizə şikayət olundu ki, filan dayanacaqda və saat aralığında 35 dəqiqə gecikmə olub. Həmin günü kameraları açıb baxdıq və gecikmənin olmadığını, deyilən saat aralığında bir neçə avtobusun dayanacaqdan keçdiyinin şahidi olduq. Biz həmişə sərnişin rəyinə və şikayətlərə hörmət edirik. Amma bəzən fikirlər yanlış da ola bilir”, - deyə qurumdan bildirilib.

Bundan əlavə, agentlik əməkdaşı marşrutlara kiçik həcmli avtobusların buraxılması barəsində də danışıb.

Onun sözlərinə görə, depoda istər qırmızı, istərsə də yaşıl avtobus yoxdur:

“Avtobusların hər biri xətdədir. Həmin avtobuslar qarışıq şəkildə xətlərə paylanır. Onların böyüyü də, kiçiyi də var. 32 nömrəli marşrutlarda da sırf balaca deyil. Bu nömrədə həm 9 metrlik, həm də 12 metrlik avtobuslar fəaliyyət göstərir”.

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər