Bakıda şagirdi döyən müəllim işdən çıxarılıb. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Ötən gün sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin 8-ci sinfinin ingilis dili dərsində müəllimin şagirdi döydüyü barədə videogörüntülər yayılıb.
Sinif yoldaşları və məktəb direktorunun sözlərinə görə, döyülən şagird dəfələrlə qeyri-etik davranışlar edib. Valideynlərinə xəbərdarlıq edilsə də, nəticə olmayıb. Bu dəfə isə müəllim Kazım Canıyev hövsələdən çıxıb.
Beləliklə, 30 il bu məktəbdə işləyən müəllim işdən azad olunub.