top
Siz Allah, lazım deyil, GÜCƏNMƏYİN! – Masazırdan FƏRYAD
30 oktyabr 2024, 04:46
- ↺ +

Siz Allah, lazım deyil, GÜCƏNMƏYİN! – Masazırdan FƏRYAD

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

- Votsapa niyə cavab vermirsən axı?

- Səhərdən yenə işıqlarımızı söndürüblər, vay-fay yoxdur...

Bir sıravi Masazır sakini kimi bu xəbərə heç təəcüblənmədim. Bizim üçün hamısı bir qəbildəndir: dənizdə dalğa olar, payızda yağış yağar, sübhdə həyətlərdə xoruzlar banlayar, işıq tez-tez kəsilər, su günlərlə gəlməz, qaz verilişi qışın oğlan çağında dayandırılar... Odur ki, sıradan bir gün, sıradan bir hadisə. Artıq kiməsə ağız açmağa, hansısa qurumun “qap-qaynar” xəttinə zəng vurmağa heç bir Masazır sakinin nə taqəti var, nə həvəsi. Onsuz da növbətçi bəhanələri əvvəlcədən eşidəcəyimizi bilirik: “Qəza baş verib, briqada ərazidədir”, “Şikayətiniz aidiyyəti üzrə ünvanlandı”, “Ola bilməz! O əraziyə su verilir!”... Və, əlbəttə ki, “hazırda bütün operatorlar məşğuldu”.

Mən heç indi də, əsl Masazır sakini kimi reaksiya verməzdim: sönüb sönüb də, yəqin axşama, uzağı səhərə işıq gələr. Amma gözümə saytların birində belə bir xəbər sataşdı: “Azərenerji" ASC noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar tədbirin və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün gücləndirilmiş iş rejiminə keçir”. Və daxilimdəki əyləc sistemi tutmadı. İstədim “Azərenerji”nin timsalında bütün kommunal xidmətlərin rəhbərlərinə, mühəndis-texniki heyətinə, fəhlələrinə, sürücülərinə, xadimələrinə, mühafizəçilərinə müraciət edim, xahiş edim... Yox-yox, istədim var gücümlə hayqırım: GÜCƏNMƏYİN! Siz Allah – GÜ-CƏN-MƏ-YİN! Lazım deyil! Ölkədə təşkil olunacaq istənilən tədbirdən, qarşıdan gələn istənilən bayramdan öncə mətbuatda belə əttökən bəyanatlarla çıxış edirsiniz. Heç utanırsınız? Heç qızarırsınız? Azərbaycanın sıravi vətəndaşı kimi deyirəm bir daha: zaman-zaman gücənmək lazım deyil, vicdanla, namusla, kişi kimi öhdənizə düşən vəzifəni aramla, sakit, özünü gücə salmadan həyata keçirmək lazımdı. Belə etmək lazımdı ki, vətəndaş qışda qazsız, yayda susuz, gecənin qaranlığında işıqsız qalmasın. Hərçənd, Masazır sakini kimi qışda da susuz, gündüz də işıqsız, yayda da qazsız qalmağa adət etmişik. Amma yenə də... Müraciət etdim. Bəlkə da, bəlkə hardasa nəsə tərpəndi. Ümid sonuncu ölür axı. Düzdür, can verməkdədi bu ümid, can üstədir. Ancaq həyat işartıları verir. Gözləyirik. Hamımız gözləyirik. Xüsusən də Masazır sakinləri...

P.S. Bu arada şad xəbər aldım: işıq 4,5 saatdan sonra verildi. Şükür, ay Allah! Bu dəfə yaxşı qurtardıq!

 P.P.S. Yeri gəlmişkən: 3 gündür suyumuz da verilmir. Yəqin “Azərsu” da gücənmək ərəfəsindədir.   

Vüsal Əliyev 

Son xəbərlər

Xəbər
Bu gün, 11:59

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Oxşar xəbərlər