NASA-nın əməkdaşı Allen (Ələkbər) Mirqədirov gələn ildə Aya uça bilər. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az məlumat verir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Mirqədirov 10 il ABŞ-nin Hərbi Hava Qüvvələrində xidmət edib, 2010-cu ildə isə NASA-nın orbital təhlükəsizliyinə cavabdeh olan aerokosmik mühəndis kimi işləməyə başlayıb. Mirqədirov “MARS-8” və “SIRIUS-19” yerüstü komplekslərində Marsa və Aya hərtərəfli simulyasiya ekspedisiyalarında iştirak edib.
O, gələn il NASA-nın Aya planlaşdırdığı missiya üçün namizədlərdən biridir.
Ələkbər Mirqədirov 1979-cu ildə Bakıda anadan olub, 145 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə isə ailəsi ilə ABŞ-yə köçüb.