“Sovetski”nin sökülməyən hissəsi ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun sözlərinə görə, sözügedən ərazilər də yenidən qurulacaq.
O qeyd edib ki, həmin ərazidə təkcə binaların tikilməsi yox, həmçinin ətraf infrastrukturun yaradılması da nəzərdə tutulmalıdır.
“Həmin ərazilərə kompleks yanaşma olmalıdır. Yəni hansısa evlərin sökülüb, hansısa evlərin qalması məsələsi ola bilməz. Bütün ərazi sökülməlidir. Sosial xidmətlər və yaşıllıqla bağlı tələblər tam ödənilməlidir”, – deyə İlqar İsbatov vurğulayıb.
O, bu şərtlərin investorlar və sahibkarlar qarşısında qoyulan əsas şərtlərdən biri olduğunu əlavə edib.