Sabah, 17 noyabr tarixində “Space TV”nin yayımı 3 saatlıq dayandırılacaq. Bu haqda bu gün, 16 noyabr tarixində Report Audiovizual Şuraya istinadən məlumat verib.
Bildirilir ki, kanalın "Gəl danış" verilişində zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilib. Şura “Media haqqında” Azərbaycan Respublikası Qanunu əsasında “Space TV” redaksiyasının efirində 17 noyabr tarixdə proqramların yayımının 3 saatlıq müddətə (saat 12:00-dan 15:00-dək) dayandırılması haqqında qərar verib.