Paytaxtın Suraxanı rayonu, 14 iyul küçəsində antisanitariya hökm sürür. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Adıçəkilən küçədə kanalizasiya qapaqları daim oğurlanır. Bu səbəbdən də kanalizasiya dolub daşır və bütün küçədə üfunət iyindən dayanmaq mümkün olmur. Antisanitariya səbəbindən xəstəliklər də çoxalır. Qurumlar yeni qapaq qoyduqdan sonra belə, 2-3 həftə keçdikdə lüklər yenidən oğurlanır.
Rəsmi qurumlar məsələdən xəbərdar olduqlarını və bununla bağlı artıq müvafiq addımların atıldığını qeyd ediblər.
[caption id="attachment_83876" align="alignnone" width="640"]
Foto Real TV rəsmi Youtube kanalı[/caption]