Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasının dam örtüyündə küləyin təsirindən dəmir parçaları qoparaq insanlar üçün təhlükə yaradıb.
Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunublar, təhlükəsizlik tədbirləri həyata keçirilib.