Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində İdris Süleymanov küçəsini təmir edir. Bu haqda 29 noyabr tarixində BakuPlus.az xəbər verir.
Uzunluğu 1000, eni isə 6 metr təşkil edən küçədə təmir işləri davam edir:
- Küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb;
- Əks-dolğu işləri icra olunaraq yeni yol yatağı tikilib, küçə profilə salınıb;
- Zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib;
- Küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib;
- Kommunikasiya xətlərinə aid quyu qapaqları layihə hündürlüyünə qaldırılıb.
Cari ildə rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu 12,5 kilometr təşkil edib.
[caption id="attachment_81006" align="alignnone" width="896"]
Foto Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytı[/caption]