Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirib. Bu haqda 29 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hər həftə olduğu kimi, bu həftə də vətəndaşların növbəti fərdi qəbulunu keçirib.
Rayon İcra Hakimiyyətində baş tutan qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib. Qaldırılan problemlər nəzarətə götürülərək həlli istiqamətində aidiyyəti qurumlara RİH-nin başçısı tərəfindən müvafiq göstərişlər verilib.