Paytaxtın Suraxanı rayonunda qanunsuz inşa edilən tikililər sökülüb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Suraxanı-Hövsan yolunun 4-cü kilometrində və General Şıxlinski küçəsi, 100 ünvanında inşa edilən tikililərin icazə verən sənədləri yoxdur, eləcə də inşaatda yanğın təhlükəsizliyi qaydalarına riayət olunmayıb.
Bununla bağlı FHN araşdırma aparıb və tikintilərin qarşısı alınıb.
[URIS id=84340]