Paytaxtın Suraxanı rayonunda qaz təchizatında fasilə yaranacaq. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Azəriqaz-a istinadən xəbər verir.
Avqustun 15-də saat 10:00-dan etibarən Suraxanı rayonunun Hövsan bağlar yaşayış massivində və Hövsan kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq. Fasilə təmir-quraşdırma işləri ilə əlaqədardır.