Suraxanı və Abşeron rayonlarında tullantılar qalaqlanır. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Kərpic zavodunun ətrafında və Masazır qəsəbəsində tullantıların yığılması faktları aşkarlanıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı 99-TU-309 nömrəli “KamAZ”, eləcə də 01-BL-992 nömrəli "JAC" və 42-BH-423 nömrəli "ZİL” markalı maşınlar tərəfindən sözügedən ərazilərə tullantıların boşaldıldığı məlum olub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün DİN-ə müraciət edilib.
Faktlarla bağlı akt tərtib olunub.