Qarlı hava şəraitində yıxılan və Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı məlum olub. Bu haqda statistikanı bu gün, 10 yanvar tarixində TƏBİB açıqlayıb.
Ümumilikdə tibb müəssisələrinə 40 nəfər müraciət edib, 39-u (15-i qadın, 14-ü kişi olmaqla) xəstəxanaya yerləşdirilib, 1 nəfər yerində ilkin tibbi yardım alaraq evə buraxılıb. Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaşlı böyüklər olub.
rrMüraciətlər, əsasən, diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin travmaları ilə bağlı olub.