“Gələcəkdə e-tebib mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin müdiri Vüqar Ramazanov deyib.
O qeyd edib ki, mobil tətbiqdə görüntü və səs göndərilməsi funksiyasının olması planlaşdırılır.
Şöbə müdiri, həmçinin əlavə edib ki, hazırda çağırış briqadalarının iş prosesini tam şəkildə avtomatlaşdıracaq elektron sistemin test versiyasının pilot rejimdə tətbiq edilməsi nəzərdə tutulub:
“Bu sistem daşınabilən cihazlar-planşetlər, mobil telefonlar üzərindən istifadə edilir. Eyni zamanda 103 Çağrı Mərkəzi ilə briqada arasındakı kommunikasiya bu sistem üzərindən həyata keçiriləcək. Sistemin digər üstünlüyü ambulans sürücülərinin işini rahatlaşdırmaqdan ibarətdir.