“Ətçilər” adlanan ərazidə antisanitariya hökm sürür. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Bir müddət öncə sözügedən ərazidə obyektlərin söküntüsü həyata keçirilib. Ancaq bu günə qədər burada təmizlik işləri aparılmır. Bu da pis qoxu və antisanitariyaya səbəb olur.
“İyə dözmək mümkün olmur. 10-15 gündür dağıdılıb, belə də qoyublar burada”, – deyə sakinlər şikayət edirlər.
Yasamal rayon Mənzil Kommunal Təssərrüfat Birliyindən bildirilib ki, hazırda ərazidə sahibkarlar tərəfindən tikinti materialları götürülür. Yaxın zamanda təmizlik işlərinə start veriləcək.