Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu adlanan ərazidə sakinlər susuzluqdan şikayət edirlər. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
92 il əvvəl salınan yaşayış massivində bütün bu dövrdə şirin su olmayıb. Əvəllər yaradılan su kanalları isə uzun zamandır fəaliyyət göstərmir.
Sakinlərin sözlərinə görə, insanlar buraya üzüm becərməyə gəliblər və zamanla məskunlaşmağa başlayıblar. Əvvəllər üzümləri suvarmaq üçün burada xüsusi sistem də olub. Hazırda minlərlə insanın yaşadığı əraziyə suyu ancaq plastik qablarda almaq mümkündür.
Həmçinin bildirilir ki, yaxınlıqda yerləşən Türkan bağları adlanan ərazidə daha az adam yaşayır, ancaq oraya içməli su xətti çəkilib. Üzümçülüyü isə yada salan yoxdur.
“Azərsu” ASC məsələ ilə bağlı bildirir ki, Üzümçülük sovxozu adlanan əraziyə su xəttinin çəkilməsi planlaşdırılır və gələcəkdə bu layihə həyata keçiriləcək.
[caption id="attachment_80614" align="alignnone" width="640"]
Foto Real Tv-nin rəsmi Youtube kanalı[/caption]