Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Sözügedən ərazidə zəbt edilmiş torpaq sahəsində qanunsuz inşaat işlərinin aparıldığı aşkarlanıb. FHN tərəfindən və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyekt sökülüb.