Türkiyənin məşhur ifaçıları Bakıda konsert verəcəklər. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Türkiyənin tanınmış pianoçusu Rüya Taner və saksafon ifaçısı Kürşat Başar paytaxtda, Beynəlxalq Muğam Mərkəzində çıxış edəcəklər. Tədbir Türkiyə Cümhuriyyətinin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində baş tutacaq.
Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyalarının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti nümayiş olunacaq.
Konsert 22 noyabr saat 19:00-da təşkil olunacaq.