Dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə atılan körpənin anasının kimliyi müəyyən olunub. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Nurlan Əliyevin sözlərinə görə, övladını tərk edən 28 yaşlı ana tapılaraq polis şöbəsinə dəvət olunub.
Hazırda onun əməlinin başvermə səbəbləri və təfərrüatları araşdırılaraq müəyyən olunur.