İngiltərədən Azərbayacana ingilis dili müəllimi kimi gələn Henri Verren öz taleyini ölkəmizlə bağlayıb. O, azərbaycanlı xanımla ailə həyatı quraraq burada öz təsərrüfatını yaradıb. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az İctimai TV-yə istinadən məlumat verir.
Hazırda onun bir neçə rayonda arıçılıq təsərrüfatı var. Bununla yanaşı, köhnə markalı avtomobillərə marağı böyük olan Henri 1958-ci ildə istehsal olunan “Pobeda” markalı avtomobili yığdıraraq bələdçiliklə məşğul olmağa başlayıb.
13 ildir Bakıda yaşayan Henri səlis Azərbaycan dilində danışır, İngiltərədə olduğu vaxt da Azərbaycana maraq göstərdiyini bildirib.
Uzaq İngiltərədən Azərbaycana sadə bir müəllim kimi gələn, indi isə biznesmenə çevrilən Henri deyir ki, Bakıda olmaqdan çox xoşbəxtdir. Bundan sonra onun Azərbaycanda daha nə qədər qalacağını isə zaman göstərəcək.
“Bakıda olmaqdan çox xoşbəxtəm. Turistləri gəzdirmək, maraqlı yerləri göstərmək xoşdur. Mənim üçün Bakı çox əziz və doğmadır. Bakını çox sevirəm”, - o, müsahibədə deyib.