Rəqqas Ramil Qasanovun intihara cəhd etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Bu haqda Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
O, açıqlamada intihar cəhdinin olmadığını bildirib: “Hər şey qaydasındadır. İntihara cəhd etməmişəm. Sadəcə olaraq, kənardan elə görünüb. İntihara cəhd belə olmayıb. Kəskin öskürəyimə görə antibiotik qəbul etdim. Bədənimə əks-təsiri oldu”.
O, həmçinin paylaşımı özünün sildirdiyini deyib: “Antibiotik halımı pisləşdirmişdi. Qardaşım çox qorxub. İşçim zəng edəndə qardaşım telefonu açıb. Vəziyyətimi ona bildirib. O da deyib: “Bir-iki saat öncə də mənimlə danışmışdı, halallıq istədi”. Bu səbəbdən işçim elə paylaşım edib. Yanlış anlaşılıb. Bizim aramızda halallıq zarafatı var idi. Çünki bir neçə problemim var idi. Bu səbəbdən intihar edəcəyimi düşünüb. Lakin belə bir hal olmayıb. Özümə gələndən sonra paylaşımı sildirdim”.
O, vəziyyətinin stabil olduğunu, qripə qarşı dərman qəbul etdiyini qeyd edib: “Maraqlandığınız üçün təşəkkür edirəm. Şükürlər olsun ki, hər şey yaxşıdır. Hazırda yayılan qripə yoluxmuşam. Kəskin öskürəyim var idi. Antibiotik qəbul etdim ki, sağalım. Məni daha da pis hala saldı. Mədəm yuyulub. Ciddi bir xəstəliyim yoxdur”.
13:50 - Tanınmış rəqqas intihara cəhd edib – İDDİA
Bu gün, 24 noyabr tarixində sosial şəbəkələrdə tanınmış rəqqas Ramil Qasanovun intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb. Bu haqda Bakuplus.az Big.az-a istinadən məlumat verir.
Bununla bağlı Qasımovun səhifəsində paylaşım edilib və silinib. Silinmiş hekəyədə paylaşılan mətn aşağıdakı kimi idi: "Maraqlanan hər kəsə təşəkkürlər, inşallah Ramil özünə gələcək. Səbəb intihara cəhddir. Yaxınlara yazıb, hər kəsdən halallıq istəyib. Daha sonra başına bu hadisəni gətirib, biz də vaxtında bilmişik. İnşallah, özünə gələr, sizə hər şeyi danışar. Dua edin".
Hazırda rəqqasla əlaqə saxlamaq mümkün olmadı.
[caption id="attachment_120943" align="alignnone" width="640"]
Foto Oxu.az[/caption]