Bakıda keçiriləcək “InMerge Innovation Summit” tədbirinə “Tesla” şirkətinin qurucu ortaqlarından Cefri Brayan (Cey Bi) Straubel gələcək. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Sfera.az-a istinadən xəbər verir.
Cey Bi Straubel 15 il “Tesla” şirkətində baş texniki direktor vəzifəsində çalışır.
Sammitdə, həmçinin “Apple”in həmtəsisçisi Stiv Voznyak və “Trendyol Group”un prezidenti Çağlayan Çetin çıxış edəcəklər. Onlarla yanaşı, tədbirdə “Netflix”in yaradıсısı Mark Rendolf da iştirak edəcək.
“InMerge İnnovation Summit”in məqsədi innovatorları, aparıcı texnologiya şirkətlərini və liderləri, startapları və korporativ innovasiyalara həvəsi olan investorları Bakıda bir araya gətirməkdir.