Havalar soyuyandan bəri təmir-tikinti materialları bazarında durğunluq yaşanır.
Satıcılar Xəzər TV-yə bildiriblər ki, son günlər bazarda alıcı qıtlığı var. Amma alıcı azlığı adətən qiymətlərin ucuzlaşması ilə nəticələnsə də, bu dəfə elə olmayıb.
Sahibkarlar deyirlər ki, tikintidə ən çox istifadə edilən taxtaların qiyməti artıb.
Sahibkar Vüqar Əzimov bildirir ki, bahalaşan əsasən yaş taxtalardır. Bir kisə sementin qiyməti isə 7 manat 50 qəpikdən 8 manata kimi qalxıb. Xırdavat tikinti materiallarında isə artım demək olar ki, yoxdur.
Ucuzlaşan tikinti materialları içərisində isə dam örtükləri var. Satıcıların sözlərinə görə, ciddi endirim etsələr də, tələbatı artıra bilməyiblər.