TikTok-da “axundova__302_” adı ilə məşhurlaşan bloger Aysun Mirişli barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az YeniPres-ə istinadən məlumat verir.
Proses Nərimanov Rayon Məhkəməsində keçirilib. Gənc qız narkotik dövriyyəsində ittiham olunur.
Mirişli hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Lakin bunu təsdiq edən sənədin olmadığına görə hakim seçilmiş qətimkan tədbirini dəyişməyib.