Sabah Bakının mərkəzində konsert baş tutacaq. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az xəbər verir.
”Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasının açılışı ilə bağlı Fəvvarələr meydanında musiqili konsert təşkil olunacaq. Tədbirdə bir sıra məşhur ifaçılar iştirak edəcəklər.
Tədbir 1 mart saat 19:00-da başlayacaq. Giriş sərbəstdir.