Dəniz vağzalında “Go Green” adlı sərgi keçirilir. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az xəbər verir.
“NARGIS” jurnalının ekosərgisində azərbaycanlı məşhur heykəltaraş və rəssamların 9 instalyasiyası nümayiş etdirilir. Bütün eksponatlar tullantılardan hazırlanıb. Sözügedən sərgi paytaxtda keçirilən Beynəlxalq Astronavtika Konqresində nümayiş olunub.
Tədbir 30 noyabr tarixinə qədər davam edəcək.
“Go Green” layihəsi ətraf mühitin qorunmasına həsr olunub və müasir ekoloji problemləri incəsənət vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/11/videodone.mp4"][/video]