Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkənin məktəblərində tətil elan edilib. Bu haqda Elm və Təhsil Nazirliyinin mətbuat xidməti bu gün, 27 dekabr tarixində məlumat verib.
Bayramdan sonra beşgünlük müəssisələrdə ilk dərs günü yanvarın 5-i, altıgünlük müəssisələrdə isə yanvarın 4-nə təsadüf edəcək.